Naxçıvan şəhərində zəncirvari qəza baş verib.
Hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai", "Audi" və 2 KIA markalı avtomobillərin iştirakı ilə baş verən qəzada 5 nəfər xəsarət alıb.
Xəsarət alanlar - 2001-ci il təvəllüdlü Aysel Zeynalova, 1961-ci il təvəllüdlü Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və 2008-ci il təvəllüdlü Ülvi Quliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakla bağlı araşdırma aparılır.
AZƏRTAC
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirib