Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Prezident təqaüdünə layiq görülən 35 tələbə ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüş zamanı tələbələrin uğur hekayələri, gələcək hədəfləri və arzuları ətrafında fikir mübadiləsi aparılıb. Rektor gəncləri təbrik edərək onlara göstərilən etimadı doğrultmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, 2026–2027-ci tədris ili üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir.
Bununla da Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə 7-ci dəfə ölkə üzrə lider olub.
BANM-in Prezident təqaüdçülərindən 13-ü Maliyyə, 10-u İnformasiya təhlükəsizliyi, 8-i Kimya mühəndisliyi, 3-ü Kompüter elmləri, 1-i isə Data analitikası ixtisası üzrə təhsil alır.