19 oktyabr 2026 18:49
96

Qareginin qara niyyətləri...

Ermənistandakı 4 min azərbaycanlı hərbi və mülki əsir harada saxlanır? Onlar sağdırlarmı, niyə indiyədək barələrində heç bir məlumat verilmir?

İşğalçı ölkənin rəhbərləri bu suallaraa cavab vermək əvəzinə Bakıda həbsxanada saxlanan bir qrup qatı cinayətkar dılqır erməninin azad olunması üçün dəstək axtarışından əl çəkmirlər. Bu işdə canfəşanlıq edən baş keşiş II Qaregin (Ktrıç Nersisyan) postunu qorumaq məqsədi ilə oyunbazlıq edir.

Kilsə tör-töküntüsü özgələrin himayəsi ilə ərazilərimizi quldurluqla və satqınlıqla işğal edən erməni terrorçuları əməllərini davam etdirə bilmədikləri üçün əsəbiləşir, görünməmiş həyasız yollara əl atırlar. Dişləri günahsız azərbaycanlıların qanı ilə boyanan vəhşi toplumun kilsə siçovulları 2020-ci ildən dərs çıxarmayaraq yenə aranı qızışdırmağa, yeni müharibə törətməyə cəhd edirlər.

 II Qaregin Eçmiədzində beynəlxalq “Save Armeniya” təşkilatının direktoru ilə bir araya gəlib. Görüş zamanı Qarabağdan köçmüş ermənilərinin “hüquqlarının” müdafiəsi, Azərbaycanda saxlanılan cinayətkar ermənilərin geri qaytarılması və Qarabağdakı erməni “dini, mədəni və tarixi irsi” ilə bağlı məsələlər müzakirə olunub.

Bir daha xatırladaq ki, Azərbaycanda saxlanılan separatçı rejimin keçmiş rəhbərləri və digər terrorçu şəxslər Azərbaycanın ərazi bütövlüyünə və dövlət suverenliyinə qarşı ağır cinayətlərdə, qanunsuz silahlı birləşmələrin yaradılmasında, onların fəaliyyətinin təşkilində və Azərbaycan torpaqlarının işğalında iştirakda ittiham olunublar. Onların yalnız cüzi bir qisminin təqsiri Azərbaycan məhkəmələrinin hökmləri ilə tam sübuta yetirilərək təsdiqlənib.

Azərbaycan Respublikası Qarabağda yaşayan erməni əsilli mülki sakinlərə bölgədə qalmaq, ölkə qanunlarına tabe olmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək və reinteqrasiya prosesində iştirak etmək imkanlarını təqdim edib. Lakin erməni sakinlərin böyük əksəriyyəti Qarabağı tərk edərək Ermənistana köçüb. Onların əli silah tutan tam əksəri ölkəmizə qarşı vuruşublar, azərbaycanlıların qanını töküblər, burada hansı üzlə qala bilərdilər? İfşa olunub məhkəmə qarşısında cavab verməkdən yayınıblar. Köçənlərin heç biri Azərbaycanı tərk edərkən narazılıq etməyib. Niyə də etməli idilər ki, torpağımıza hücum edən, 40 min insanın öldürülməsinə bais olan, qəbristanlıqlarımızı yerlə yeksan eləyən, sərvətlərimizi talayan uşaq qatilləri onlar deyildimi? Əsir aldıqları 4 min azərbaycanlının aqibətini niyə gizlədirlər? Qoy onların sonrakı taleyi barədə məlumat versinlər. Halbuki Qarabağda quldurbaşılıq edənlər Bakı həbsxanasında lazımi şəraitlə təmin olunublar. Onlar yüzlərlə müharibə canisindən yalnız bir neçəsidir. Məhz onların torpağımızda basdırdıqları minalar bu gün də partlayır, soydaşlarımız həlak olurlar. Lakin qondarma Ermənistan dövlətinin başçıları minalanmış sahələrin xəritələrini indiyədək ölkəmizə verməkdən boyun qaçırırlar. Qoy onlar Azərbaycan hərbçilərinin Ermənistan ərazisində basdırdığı bircə mina göstərsinlər. Ancaq Ktrıç Nersisyan kimi cəlladların gözü axıtdıqları qandan doymaq bilmir. Baş keşiş Ktrıç o qədər azğınlaşıb ki, hətta öz allahının da tapşırığını qulaqardına vurur. Allahsız-billahsız bu vəhşi toplum yaranışından hansı ölkəyə sığınıbsa sonda elə onun özünə xəyanət edib. Ərazisində yuva saldıqları xalqların boğazına əfi ilan kimi dolanaraq zəhərləməyə çalışıblar. Bunlar bir yana.

Şər-şəməta ilə məşğul olan qanlı keşiş xarici terror təşkilatlarını qızışdırıb yenidən Azərbaycanın üzərinə salışdırmağa çalışır. Lakin onların iç üzü açılıb, ifşa olunublar. “Dəmir yumruq” hər vaxt başlarının üstündədir. Ümidləri tükənmiş baş keşiş Ktrıç kimiləri o günə qalıb ki, heç kəsin tanımadığı “Save Armeniya” adlı bir terror təşkilatından kömək istəyirlər. Ancaq yel qayadan heç nə apara bilməz.  

Vəli İlyasov, “İki sahil”