Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) iştirakçı ölkələrinin parlament sədrlərini qəbul edib.
“İki sahil” Qırğızıstan liderinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib.
Görüş TÜRKPA Assambleyası Şurasının Bişkekdəki 15-ci plenar iclası çərçivəsində keçirilib.
S.Japarov görüşü qardaş dövlətlər arasındakı dostluq və qarşılıqlı etimadın əyani sübutu adlandırıb və Qırğızıstanın TÜRKPA çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu təsdiqləyib.
"Qırğızıstan Prezidenti qeyd edib ki, Assambleyanın fəaliyyəti qardaş dövlətlər arasında əlaqələri möhkəmləndirməyə və ticari-iqtisadi, nəqliyyat, energetika, rəqəmsal və humanitar sahələrdə əməkdaşlığın dərinləşməsinə töhfə verməyə xidmət edir", - mətbuat xidmətindən vurğulanıb.
Öz növbəsində parlament sədrləri parlamentlərarası qarşılıqlı fəaliyyətin inkişafında, inteqrasiya proseslərinin dəstəklənməsində və qardaş dövlətlər arasında əməkdaşlığın genişləndirilməsində TÜRKPA-nın əhəmiyyətini vurğulayıblar.
BDYPİ-dən sürücülərə xəbərdarlıq: Yüksək sürət və qayda pozuntusu faciəyə səbəb oldu