Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Ukraynadakı münaqişənin sona çatması istiqamətində müəyyən irəliləyişin olduğunu bildirib.
“İki sahil” xəbər verir ki, o, bunu “Vesti” televiziya proqramında münaqişənin başa çatma perspektivləri ilə bağlı sualı cavablandırarkən belə deyib.
“Münaqişənin həllinə nə dərəcədə yaxınlaşdığımızı bilmirəm, lakin proses bu istiqamətdə gedir”, – deyə Y.Uşakov qeyd edib.
Onun fikrincə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların növbəti raundu noyabrın 10-dan sonra Əbu-Dabidə keçirilə bilər.
Danışıqların Əbu-Dabi və Cenevrədə keçirilmiş əvvəlki görüşlərdə olduğu kimi, ekspertlər səviyyəsində aparılması nəzərdə tutulur. Rusiya nümayəndə heyətinin tərkibi hələ müəyyənləşdirilməyib.
Əvvəlki danışıqlarda Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Baş Qərargahın Baş İdarəsinin rəisi İqor Kostyukov və xarici işlər nazirinin müavini Mixail Qaluzin iştirak ediblər.
Y.Uşakovun sözlərinə görə, qarşıdakı danışıqların əsas mövzusu münaqişə başa çatdıqdan sonra Rusiya və Ukraynanın təhlükəsizliyinin təmin edilməsi məsələləri olacaq.
Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib
PHP-də aşkarlanan kritik boşluqlar bir sıra ölkələrdə dövlət saytlarının müvəqqəti bağlanmasına səbəb olub
ABŞ İran məhsullarının tədarükünə görə hüquq şirkətini sanksiya siyahısına daxil edib