22 oktyabr 2026 01:01
101

Bir ildən sonra yaşıl meydanlarda

“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt bel zədəsindən sonra sıraya dönüb. 

“İki sahil” xəbər verir ki, niderlandlı futbolçu Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində “Komo” ilə oyuna start heyətində başlayıb.

De Liqt sonuncu dəfə ötən il noyabrın 30-da “Kristal Pelas”la matçda meydana çıxıb. Həmin görüşdə zədələnən müdafiəçi daha sonra belindən əməliyyat olunub.

Qeyd edək ki, 2024-cü ilin avqustundan “Mançester Yunayted”də çıxış edən futbolçu İngiltərə klubuna “Bavariya”dan transfer olunub.