23 oktyabr 2026 13:59
130

Azərbaycan və Hindistan XİN başçıları Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə ediblər

Azərbaycan və Hindistan xarici işlər nazirləri Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyəti də müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda hindistanlı həmkarı Subrahmanyam Cayşankarla birlikdə mətbuat üçün brifinqdə deyib.

"Həmkarımla Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyəti müzakirə etdik. Azərbaycan-Ermənistan normallaşma prosesi, Vaşinqton görüşü, eləcə də mal təchizatı, qurum nümayəndələrinin səfərləri və digər məqamlar görüşümüz zamanı müzakirə edildi. O cümlədən bu prosesin tam başa çatması üçün Ermənistandan gözlədiyimiz siyasi-hüquqi məsələləri də həmkarımın diqqətinə çatdırdım", - C.Bayramov qeyd edib.

Nazir bildirib ki, görüş zamanı Qarabağa qayıdış, bərpa-quruculuq və mina təhlükəsi kontekstində də müzakirə aparılıb.

XİN rəhbəri, həmçinin regionda baş verən münaqişələr, Yaxın Şərq, Rusiya-Ukrayna münaqişəsi, onların yan təsirləri barədə də fikir mübadiləsi aparıldığını söyləyib.

O, Hindistan rəsmisinin bu səfəri və görüşləri nəticəsində iki ölkə arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə ümidini ifadə edib.