23 oktyabr 2026 14:15
116

Növbəti məsləhətləşmələr raundu ilin sonunadək keçirilə bilər

Rusiya və ABŞ arasında ikitərəfli münasibətlərdəki narahatlıq və fikir ayrılıqlarının aradan qaldırılması üzrə növbəti məsləhətləşmələr raundu ilin sonunadək keçirilə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Qusarov "Mejdunarodnaya jizn" jurnalına müsahibəsində bildirib.

"Gələcək raundlara gəlincə, ehtimal edirik ki, ilin sonunadək, yəqin ki, daha bir belə raund baş tuta bilər. Onun dəqiq müddəti diplomatik kanallar vasitəsilə tərəfimizdən uzlaşdırılacaq", — deyə o qeyd edib.