24 oktyabr 2026 19:30
106

Türkiyənin Mardin vilayətində ağır yol qəzası: 6 nəfər ölüb

Türkiyənin cənub-şərqində yerləşən Mardin vilayətində baş verən yol qəzası nəticəsində dördü uşaq olmaqla altı nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə Nusaybin rayonunda baş verib. Belə ki, minik avtomobili yoldan çıxaraq drenaj kanalına düşüb. Qeyd edilib ki, avtomobildə olan şəxslərin hamısı yerli sakinlər və eyni ailənin üzvləridir.

Polis hadisənin başvermə şəraitini araşdırır.