24 oktyabr 2026 19:47
104

Azərbaycanda 9 ayda kolbasa istehsalı 9 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 min 216,5 ton kolbasa məmulatları istehsal edilib.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin göstəricisi ilə müqayisədə 9,1 % çoxdur.

Bu ilin oktyabr ayının 1-nə ölkədə 19,5 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da bir il öncəki göstəriciyə nisbətən 15,2 % azdır.

Hesabat dövründə Azərbaycanda 3 milyard 963,6 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 6,4 % çoxdur.