24 oktyabr 2026 21:00
114

Ukraynada "Starlink" sisteminin fəaliyyəti bərpa olunub - Zelenski

Ukraynada "Starlink" peyk rabitə sisteminin fəaliyyəti bərpa olunub.

“İki sahil” xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

“Starlink və Starshield sistemlərinin fəaliyyətini bütün bu məhdudiyyətlər tətbiq olunmazdan əvvəlki sürətlə bərpa etdik. Hazırda sürət bizə lazım olan səviyyədədir”, – deyə o bildirib.

Qeyd edək ki, ötən həftə bildirilib ki, ABŞ-nin "SpaceX" şirkəti Ukrayna Silahlı Qüvvələri üçün "Starlink" terminallarının işinə saatda 160 km-dən yüksək sürətlə hərəkət zamanı məhdudiyyətlər tətbiq edib. Bu səbəbdən Ukrayna hərbçilərinin bir neçə əməliyyatı baş tutmayıb.