25 oktyabr 2026 10:39
117

Yüzlərlə insan xəsarət alıb - SƏBƏB

“Çampi” tayfunun Tayvana təsiri nəticəsində xəsarət alanların sayı 616 nəfərə çatıb, bir nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Operativ Qərargahı məlumat yayıb.

Qurum daha əvvəl bir nəfərin həlak olduğunu, 500-dən çox insanın isə xəsarət aldığını bildirmişdi. Güclü külək və leysan yağışları yol-nəqliyyat hadisələrinə, reklam lövhələrinin və ağacların aşmasına səbəb olub, nəticədə insanlar xəsarət alıblar. Pindun dairəsinin sahilində bir nəfər fırtına dalğasının onu dənizə aparması nəticəsində həlak olub.

Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin məlumatına görə, tayfun zəifləyib və adadan Yaponiyaya doğru hərəkət edir. Meteoroloqlar fırtına xəbərdarlıqlarını ləğv ediblər. Yaxın 24 saat ərzində hava şəraitinin tam normallaşacağı gözlənilir.