25 oktyabr 2026 14:07
129

İran səmasında ABŞ-yə məxsus PUA vurulub

ABŞ ordusuna məxsus 1 ədəd “Lucas” Pilotsuz Uçuş Aparatı İranın səmasında vurulub.

“İki sahil” xəbər verir ki, İran Ordusunun yaydığı məlumata görə, ABŞ-yə məxsus PUA ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinin Bəndər Abbas rayonu ərazisində vurulub.

İran ordusu PUA-nın ölkənin Hərbi Hava Hücumlarından Müdafiə Sistemi ilə vurulduğunu qeyd edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.