Misli Premyer Liqasında 9-cu turunda "İmişli" "Şamaxı" ilə qarşılaşıb.
“İki sahil” xəbər verir ki, Yevlax şəhr stadionunda keçirilən oyunun 17-*ci dəqiqəsində Dioqo Almeyda hesabı açıb. 65-ci dəqiqədə isə Abdullahi Şuaybu bərabərlik qolunu vurub.
90+1-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Seyxan Fərəcov meydan sahiblərinin qələbə qolunu vurub - 2-1.
Misli Premyer Liqası,
9-cu tur
25 oktyabr (bazar)
15:00. “İmişli” 2–1 “Şamaxı”
Qollar: Dioqo Almeyda, 17 (1:0), Abdullahi Şuaybu, 65 (1:1), Seyxan Fərəcov, 90+1-pen. (2:1)
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”