Serbiyanın hakim Serb Tərəqqi Partiyası (SNS) Aleksandar Vuçiçin anası Ancelina Vuçiçə qarşı fiziki və şifahi hücumun baş verdiyini bildirib.
“İki sahil” xəbər verir ki, partiyanın rəsmi saytında yayılan bəyanata əsasən, hadisə oktyabrın 25-də Belqradda, Kaleniç bazarının yaxınlığında baş verib.
SNS-in məlumatına görə, blokada tərəfdarı siyasi mövqeyə malik bir qrup gənc Ancelina Vuçiçi itələyib, onun üzərinə qışqırıb və bazardan aldığı ərzaq məhsulları olan torbaları cırıb.
Partiya hadisəni aqressiya, alçaltma və hədə-qorxu aktı kimi qiymətləndirərək, səlahiyyətli orqanlardan insidentin bütün hallarının araşdırılmasını və hadisədə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.
Bəyanatda bildirilir ki, Ancelina Vuçiç hadisə ilə bağlı polisə müraciət edib. SNS hüquq-mühafizə orqanlarını insidentə gecikmədən, peşəkar şəkildə və qanunvericiliyə uyğun reaksiya verməyə çağırıb.
Partiya, həmçinin bütün siyasi qüvvələri hadisəni açıq şəkildə pisləməyə çağırıb və siyasi fikir ayrılıqlarının zorakılığa bəraət qazandıra bilməyəcəyini vurğulayıb.
Macarıstanda elektron siqaretdən istifadə ilə əlaqədar ağciyər transplantasiyası həyata keçirilib
Böyük Britaniyanın Baş naziri Aİ ilə sərbəst hərəkət rejiminin bərpasını müzakirə etməyə hazır olduğunu açıqlayıb
Şahzadə Harrinin həyat yoldaşının atasına göndərdiyi məktubun təfərrüatları məlum olub