25 oktyabr 2026 21:21
118

Tramp ABŞ, Rusiya və Ukrayna danışıqlarının tezliklə keçiriləcəyini açıqlayıb

Ağ Evin rəhbəri Donald Tramp bildirib ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqlar yaxın vaxtlarda baş tuta bilər.

“İki sahil” xəbər verir ki, bunu Amerika lideri Ağ Evdə jurnalistlərin danışıqların keçirilməsi perspektivləri ilə bağlı sualını cavablandırarkən açıqlayıb.

"Onlar kifayət qədər tezliklə keçiriləcək və düşünürəm ki, hər iki tərəf razılaşma əldə etmək istəyir", - Tramp deyib.