Əfqanıstanın Hindukuş dağlıq rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.
“İki sahil” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri əhalisi təxminən 161 min nəfər olan Qunduz şəhərindən 206 km şərqdə yerləşib.
Zəlzələnin ocağı 104 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Yunanıstanda iş adamı 100 milyon avroluq vergi dələduzluğu ilə bağlı saxlanılıb