ABŞ noyabrın 3-də Konqresə keçiriləcək aralıq seçkilərindən sonra İrana qarşı hərbi əməliyyatları bərpa edə və bir neçə gün ərzində zərbələr endirə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqton bu müddətlər barədə Yaxın Şərqdəki müttəfiqlərini məlumatlandırıb. Lakin region rəsmiləri ABŞ-nin hücumları olacağı təqdirdə İrandan cavab tədbirləri gözləyirlər, bu səbəbdən döyüş əməliyyatları daha uzun sürə bilər. Qeyd olunur ki, Amerika lideri Donald Tramp hərbi əməliyyatların bərpası ilə bağlı hələ yekun qərar qəbul etməyib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadla xəbər vermişdi ki, Vaşinqton Fars körfəzinin bir neçə ölkəsinə Konqresə aralıq seçkilərindən sonra İrana qarşı "qısamüddətli və intensiv hərbi kampaniyanın" mümkünlüyü barədə xəbərdarlıq edib.