Polşa Müdafiə Nazirliyi növbəti hərbi yardım paketi çərçivəsində Ukraynaya iki "MiQ-29" qırıcı təyyarəsi təhvil vermək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin nümayəndəsi general Dariuş Lukovskiyə istinadla "Rzeczpospolita" qəzeti məlumat yayıb.
Bu məlumatlara görə, qırıcılardan biri artıq uçuş resursunu tamamilə başa vurub, ikincisi isə hazırda da Polşa Hərbi Hava Qüvvələri tərəfindən istismar olunur. Nəşrin məqaləsində təyyarələrin yaxın vaxtlarda təhvil veriləcəyi bildirilir.
Nəşr yazır ki, hərbi yardım paketinin ümumi dəyəri təxminən 50 milyon avro təşkil edəcək. İki "MiQ-29" təyyarəsindən başqa Ukraynanın daha hansı silahları alacağı barədə məlumat verilmir.