2026-cı ilin sentyabrında rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 12 ay ərzində 25,7 faizə enib.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəzi Bankın faiz dəhlizlərinin parametrlərinə dair qəbul edilmiş qərarda bildirilir.
Bu göstərici son 12 ayda 3,3 faiz bəndi azalıb. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin sentyabrında fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi 29 faiz təşkil edib. Bu, əmanətlərin strukturunda manatın payının artması ilə bağlıdır.
Bundan başqa, bu ilin 9 ayında valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib. Eyni zamanda, nağd xarici valyutanın mübadilə məntəqələri tərəfindən müştərilərdən alışı satışını 759 milyon dollar üstələyib.