30 oktyabr 2026 09:29
121

Xətai və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq

Magistral qaz kəmərində aşkar edilmiş sızmanın aradan qaldırılması ilə əlaqədar oktyabrın 30-da paytaxtın Xətai və Suraxanı rayonlarının bir sıra küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz sızmasının aradan qaldırılması məqsədilə təmir işləri oktyabrın 30-da saat 10:00-dan başlayacaq və işlər başa çatanadək qeyd olunan ərazilərdə qazın verilişi dayandırılacaq.

Qaz təchizatı təmir işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.