BMT Təhlükəsizlik Şurası Liviyada fəaliyyət göstərən BMT Dəstək Missiyasının (UNSMIL) mandatının müddətini 2027-ci il oktyabrın 31-dək uzatmaq barədə qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, Böyük Britaniya tərəfindən hazırlanmış qətnamə layihəsinin lehinə Şuranın 13 üzvü səs verib. Rusiya və Yunanıstan isə səsvermə zamanı bitərəf mövqe tutub.
Xatırladaq ki, 2011-ci ildə təsis edilən missiya Liviyada siyasi keçid prosesinə dəstək göstərir, ölkənin hərbi və iqtisadi institutları arasındakı parçalanmanın aradan qaldırılmasına çalışır, həmçinin münaqişə tərəfləri arasında vasitəçilik missiyasını həyata keçirir.
Avropanın yeni müdafiə layihəsi: Britaniya və Almaniya yeni raket üzərində işləyəcək
Polşanın Ali Məhkəməsi etirazlar zamanı polisin müdaxiləsini qanunsuz adlandırıb