31 oktyabr 2026 18:01
100

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

İran ABŞ-nin təkliflərini nəzərdən keçirir və mümkün razılaşmaların detallarını dəqiqləşdirmək məqsədilə Qətərə nümayəndə heyəti göndərib.

“İki sahil” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey. Di. Vensin Tehrana ünvanladığı məktubda yer alan təşəbbüslər İranda müsbət qarşılanıb. Bildirilir ki, təmaslar zamanı müsbət atmosfer hökm sürür və yaxın vaxtlarda irəliləyiş əldə olunacağına ümid yaranıb.

Telekanalın mənbələri qeyd ediblər ki, Vensin məktubunda konkret fəaliyyət planından deyil, ümumi prinsiplərdən bəhs olunur. İran hakimiyyəti ölkənin nüvə proqramı ilə bağlı təklifləri müzakirə etmək üçün xüsusi komitələr yaradıb.

Mənbələrin bildirdiyinə görə, Tehran Hörmüz boğazının açılması müqabilində müharibənin tam və qəti şəkildə dayandırılmasına dair təminatların verilməsini tələb edir. İran tərəfi rəsmi danışıqlar başlamazdan əvvəl hərbi əməliyyatların dayandırılmasında israrlıdır.

Məlumata əsasən, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi və vasitəçilərlə əlaqələr birbaşa həyata keçirilir.

Hazırda İran nümayəndə heyəti Dohada Qətər tərəfi ilə birlikdə mümkün razılaşmaların yol xəritəsini hazırlamaq üzərində çalışır. Sənədin razılaşdırılması və İranla danışıqlarda irəliləyiş əldə olunması halında Qətərə ABŞ nümayəndə heyətinin səfərinin gözlənildiyi bildirilir.