01 noyabr 2026 09:25
101

Ebola virusu yayılan ölkələrin sayı artır

Nigeriyanın şimal-şərqində iki nəfərin Ebola virusuna yoluxduğu ehtimal edilir.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qızdırma qeydə alınan hər iki şəxs təcrid olunublar və onların tibbi göstəriciləri dəqiqləşdirilməklə yanaşı, təmaslarının da izlənməsinə başlanılıb. Həmin şəxslərdə Ebola virusunun olub-olmaması hələ təsdiqlənməyib, bu, laboratoriya testlərinin nəticələrindən sonra aydınlaşacaq.

Qeyd edək ki, oktyabrın 26-da Nigeriyada ilk xəstənin Ebola virusuna yoluxduğu təsdiqlənib. O, isveçrəli olub. Həmin şəxs Uqandadan təyyarə ilə Nigeriyaya gəlibmiş.

Bu arada, Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 5000-i keçib. Ölkənin Milli İctimai Səhiyyə İnstitutunun məlumatına görə, Konqo Demokratik Respublikasında hazırda bu virusa yoluxmuş 10 min 351 nəfər var.