01 noyabr 2026 20:56
134

Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir

Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına bir aylıq müddətə sədrlik etməyə başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilib ki, noyabr ayı ərzində Latviya BMT Təhlükəsizlik Şurasının bütün rəsmi və qeyri-rəsmi iclaslarına sədrlik edəcək.

Latviyanın BMT-dəki səfiri Sanita Pavlyuta-Deslandes vurğulayıb ki, ölkənin xarici siyasət qurumunun əsas vəzifəsi respublikanın təhlükəsizliyini gücləndirməkdir və BMT Təhlükəsizlik Şurası bu məqsədə nail olmaq üçün vasitədir.