03 noyabr 2026 10:35
101

Varşavada Konstitusiya Məhkəməsi qalmaqalı

Polşa Konstitusiya Məhkəməsinin (KM) binasında baş verən insident zamanı Prezident Karol Navrotskinin mühafizəsi tam səriştəsizlik nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, bu fikri "Polsat" telekanalına müsahibəsində Polşanın keçmiş Baş naziri Leşek Miller (2001–2004-cü illər) bildirib.

"Məndə ən mənfi təəssürat yaradan nə oldu? Dövlət Mühafizə Xidmətinin tam səriştəsizliyi", — deyə siyasətçi bildirib. "Çünki prezidentin irəli getməsinə şərait yaradıb özlərinin arxada hərəkət etməsi təəssüf doğuran bir səhvdir", — deyə Miller izah edib.

"Prezidentin KM binasına daxil olmağa tam hüququ var idi, üstəlik, onu ora dəvət etmişdilər", — deyə keçmiş baş nazir qeyd edib.

Şənbə günü Karol Navrotskinin Varşavada müxalifət liderlərinin iştirakı ilə etiraz aksiyasının keçirildiyi KM binasına daxil olmasına mane olmağa çalışıblar. Navrotskinin yolunu KM-in əvvəlki rəhbəri Boqdan Svençkovskinin vəzifədən kənarlaşdırılmasından sonra səlahiyyətləri KM rəhbərinin əvəzi kimi özünə keçən hakim Anna Korvin-Petrovskaya kəsib. Prezident əvvəlcə onu sinə nahiyəsindən tutub saxlayan qadından keçməyə imkan verməsini xahiş edib, daha sonra isə onu kənara itələyərək binaya daxil olub.

Navrotskini müşayiət edən Dövlət Mühafizə Xidmətinin agentləri prezidentin arxasınca gediblər və insidentə heç bir müdaxilə etməyiblər.