03 noyabr 2026 10:39
101

Varşavadan Kalininqrad istiqamətində yeni təhlükəsizlik addımı

Polşa polisi Rusiyanın Kalininqrad vilayəti ilə sərhədinə əlavə qüvvələr göndərib. Rəsmi versiyaya görə, bu qüvvələr "təxribatlarla mübarizə" əməliyyatının keçirilməsi üçün nəzərdə tutulub.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Polşa polisinin baş komendantı Marek Boroş "RMF FM" radiostansiyasının efirində Polşa polisinin Rusiyanın Kalininqrad vilayəti ilə sərhədinə əlavə qüvvələr göndərdiyini bəyan edib. Onun sözlərinə görə, polis Kalininqrad vilayəti ilə sərhəddə "təxribat xarakterli əməllərə gətirib çıxara biləcək ehtimal olunan hadisələr fonunda" təhlükəsizliyi təmin edir. Boroş dəqiqləşdirib ki, sərhədyanı rayona bir neçə voevodluğun polis idarələrindən əlavə dəstək qüvvələri gəlib.

Polşanın ərazi müdafiə qoşunlarının yeni briqadası respublikanın Rusiya regionu ilə sərhədinin monitorinqi ilə məşğul olacaq. Məlumatda bildirilir ki, Varmiya-Mazur voevodluğunda dislokasiya olunmuş briqada hazırda komplektləşdirilir. Qeyd olunur ki, briqadanın tam formalaşdırılması və onun döyüş hazır vəziyyətinə gətirilməsi təxminən iki il çəkəcək. Bölmənin komandiri polkovnik Sezari Kişkovyakın sözlərinə görə, briqadanın tapşırıqlarına sərhədin monitorinqi, döyüş hazırlığı vəziyyətində olmaq, habelə sərhədin müdafiəsinə görə məsuliyyət daşımaq daxil olacaq.