04 noyabr 2026 09:14
107

Şimali Koreyadan yeni hərbi addım: Yapon dənizinə naməlum mərmi atıldı

Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb.

“İki sahil” xəbər verir ki, "Yonhap" agentliyi bu barədə Koreya Respublikası ordusuna istinadən məlumat yayıb.

Hazırda Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsi uçuş məlumatlarını təhlil edir.

Koreya Respublikası ordusu 29 oktyabrda da Yapon dənizinə doğru naməlum mərmi atılması ilə bağlı oxşar iddialar irəli sürüb. Lakin sonra qısa mənzilli ballistik raketlərin atıldığı bildirilib.