04 noyabr 2026 09:49
83

33 yaşlı kişini kim bıçaqladı? Qazaxdakı hadisənin təfərrüatları

Qazaxda 33 yaşlı kişi bıçaqlanıb.

Hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini - 1993-cü il təvəllüdlü Xanlar Vəkilov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən isə məktəblidir.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az