Çin hakimiyyəti Hörmüz boğazı ilə gəmiçiliyin bərpa olunması üzrə həll yolunun işlənib hazırlanması üçün İran və Səudiyyə Ərəbistanı ilə danışıqlar aparır.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bəyan edib.
"Yaxın Şərqdəki mövcud eskalasiya şəraitində Çin Səudiyyə Ərəbistanı, İran və regionun digər ölkələri ilə ünsiyyəti və dialoqu möhkəmləndirməyə hazırdır", — deyə o, Ər-Riyad və Tehran tərəfindən Çinə göndərilmiş milli təhlükəsizlik məsələlərinə məsul rəsmi şəxslərin son səfərlərini şərh edərkən keçirilən brifinqdə bildirib.
Rəsmi nümayəndənin dəqiqləşdirdiyinə görə, keçirilən görüşlər zamanı Çinin xarici işlər naziri Van İ həmin rəsmilərlə Fars körfəzi regionundakı və Yaxın Şərqdəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb. Tərəflər sabitliyin "yalnız sözügedən regionun ölkələrinin və xalqlarının rifahının təmin edilməsi üçün deyil, həm də beynəlxalq enerji resursları tədarükünün, bütün dünyada sülh və təhlükəsizliyin qorunması üçün böyük əhəmiyyət kəsb etdiyini" vurğulayıblar.