04 noyabr 2026 13:23
123

Demokratlar Tramp administrasiyasını təhqiqatlarla hədələyirlər

Aralıq seçkilərində qələbə qazanan ABŞ Demokratlar Partiyasının bir neçə Konqres üzvü Prezident Donald Trampın administrasiyasını parlament təhqiqatları və ifadə vermək üçün dinləmələrə çağırılacaqları ilə hədələyib.

“İki sahil” xəbər verir ki, bu barədə Konqresin Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin üzvü Robert Qarsiya (Kaliforniya ştatından olan demokrat) "X" sosial şəbəkəsində yazıb

Konqresmen Deliya Ramires "X" platformasında demokratların barələrində təhqiqata başlaya biləcəyi şəxslərin siyahısını dərc edib. Onların arasında keçmiş daxili təhlükəsizlik naziri Kristi Noem, onun xələfi Markueyn Mallin, Ağ Ev aparat rəhbərinin müavini Stiven Miller, Ağ Evin sərhəd nəzarəti məsələləri üzrə koordinatoru Tom Homan və sərhəd xidmətinin keçmiş rəhbəri Qreqori Bovino var.