Minimum pensiya məbləği artdıqca, tələb olunan sığorta kapitalı da artır. Bununla belə, əmək pensiyaları qanunvericiliyində alternativ mexanizm də mövcuddur. Həmin kapital tələbindən asılı olmayaraq, şəxsin 25 il sığorta stajı varsa, o, pensiya hüququ qazana bilir.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.
O bildirib ki, 2019-cu ildən tətbiq edilən sığorta stajlarının amnistiyası mexanizmi əhalinin pensiya sisteminə əlçatanlığını dəstəkləyir.
"Belə ki, keçən ilə qədər sığorta kapitalında 1 manat belə vəsaiti olan şəxsə 25 il staj güzəşt edilirdi, cari ildə 1 il faktiki staj tələb olunur və 24 il güzəşt edilir, növbəti ildə isə 2 il faktiki staj tələb olunacaq və 23 il güzəşt ediləcək. Bu cür mexanizmlər sayəsində vətəndaşların pensiya sisteminə daxil olmaq imkanları asanlaşdırılır", - deyə nazir diqqətə çatdırıb.
“Mastercard” “TəhsilPlus” proqramı vasitəsilə Azərbaycanda müəllimlərin gündəlik həyatını daha da asanlaşdırır
Onlayn təhsilin görünməyən tərəfi: təhsil alanların təqribən 60%-i kibertəhlükələrlə üzləşib