05 noyabr 2026 16:59
127

Onlayn təhsilin görünməyən tərəfi: təhsil alanların təqribən 60%-i kibertəhlükələrlə üzləşib

 

Yeni bilik və bacarıqlara yiyələnmək arzusu təqdirəlayiq məqsəddir, amma onlayn mühitdə onu müəyyən risklər müşayiət edir. Kaspersky-nin qlobal sorğusuna* əsasən, ötən il ərzində dünya üzrə istifadəçilərin 62%-i bu və ya digər formada təhsil alıb. Onların əksəriyyəti müəyyən dərəcədə məsafədən təhsillə məşğul olub: 45%-i tamamilə onlayn, 40%-i isə hibrid formatda. Bununla yanaşı, istifadəçilərin təxminən 60%-i ən azı bir dəfə kibertəhlükəsizlik insidenti ilə üzləşib ki, buraya saxta təhsil veb-saytları və ya tətbiqləri, yaxud messencerlərdəkifırıldaqçı kurslar və qruplar kimi hallar daxildir.

Təhsildə təhlükələr. Sorğu iştirakçıları ən çox şübhəli mesajlar və ya linklər (27%), saxta tətbiqlər və ya veb-saytlar (20%) ilə qarşılaşdıqlarını bildiriblər. Siyahıda onlayn icmalardan və ya messencer qruplarındanqaynaqlanan fırıldaqlar da (18%) var. Respondentlər tərəfindən qeyd edilən digər təhlükələrə saxta kurslar və ya təhsil xidməti təminatçıları (17%), təhsil faylları və ya tətbiqlərində rast gəlinən zərərli proqramlar (16%), şəxsi məlumat sızmaları (16%), etibarsız sertifikatlar (14%) və hesabların sındırılması (10%) daxildir.

Təhsil mövzusu üzrə spam. Bundan əlavə, Kasperskymütəxəssisləri onlayn təhsil xidmətlərini təbliğ edən bir neçə növ spam kampaniyası aşkar ediblər. Məsələn, bir kampaniya ənənəvi məktəbləri tənqid edib və valideynləri uşaqlarını onlayn təhsilə keçirməyə çağırıb, digəri isə istifadəçilərə hazırkı işləri ilə yanaşı təhsil almaq şansı təklif edib – bu e-poçtlardakı şəkillərin gerçəkliklə heç bir əlaqəsi olmayıb, linklər isə üçüncü tərəf veb-saytlara yönəldib. Mütəxəssislər həmçinin təhsil məqsədləri üçün kreditlər təklif edən müxtəlif spam e-poçtlarını da müəyyənediblər.

Bu cür hallarla qarşılaşanların yarısı (47%) sadəcə vaxtlarını boşa verdiklərini qeyd ediblər. Bir hissəsi (42%) isə istəmədikləri reklamlarla üzləşiblər. Respondentlərin üçdə birindən çoxu (34%) bunun nəticəsində təhsil platformalarına olan etimadlarını itirdiklərini, dörddə biri (25%) isə maliyyə itkisinə məruz qaldıqlarını bildiriblər. Z nəsli (65%) və "milleniallar" (64%) bu cür hallarla X nəsli(39%) və "bumerlərə" (26%) nisbətən daha tez-tez qarşılaşıblar.

Hansı cihazlardan istifadə olunur. Müasir onlayn təhsilüçün noutbuklardan tutmuş smartfon və planşetlərə qədər geniş çeşiddə cihazlar uyğun gəlir. Bununla belə, böyük həcmdə məlumatı öyrənmək üçün fərdi kompüterlər (PC) ən rahat vasitələrdən biri olaraq qalır. Sorğuya əsasən, respondentlərin əksəriyyəti (71%) “Windows” əməliyyat sistemi ilə işləyən kompüterlərdən istifadə edir. HəmçininARM arxitekturasına malik prosessorlarla (məsələn, “Qualcomm Snapdragon X Elite”, “Snapdragon X Plus” və s.) təchiz olunmuş “Windows” əməliyyat sistemli noutbuklar da getdikcə daha çox populyarlıq qazanır. İstifadəçilər üçün bu cihazların üstünlükləri sırasınaavtonom iş rejimi, yüngül dizayn, minimal qızma və səssiz işləmə daxildir. Onlar tez-tez sərbəst iş (co-working) məkanları və ya qəhvəxanalar kimi yerlərə aparılaraq təhsil məqsədilə istifadə olunur.

Buna görə də, kibertəhdidlərə qarşı etibarlı müdafiənin istifadəçiləri yalnız bütün rəqəmsal cihazlarında deyil, həm də müxtəlif istifadə ssenarilərində – istər oxuyarkən, istər onlayn məlumat axtararkən, ünsiyyət qurarkən, alış-veriş edərkən və ya ödəniş edərkən müşayiət etməsi vacibdir. Bu tendensiyalara uyğun olaraq, Kaspersky rəqəmsaltəhsildə istifadə olunan əksər platformalarda fırıldaqçılıq və zərərli proqram təminatından qorunma təmin etmək üçün “Qualcomm Snapdragon X”, “Snapdragon X Plus” və “Snapdragon X Elite” prosessorları ilə işləyən kompüterlər üçün həllər portfelini genişləndirir. 

"Onlayn təhsilə tələbat artır və paralel olaraq internetdən təhsil üçün istifadə edən hər kəsin qarşılaşa biləcəyi təhdidlərin sayı da artır. Dissertasiyanı fidyə proqramına görə itirmək, mövcud olmayan kurs üçün pul ödəmək və ya söhbətdəki linkə kliklədikdən sonra hesabın sındırılması – bütün bunlar onlayn mühitdə ortaya çıxa biləcək real ssenarilərdir. Məqsədimiz təlim prosesinin hər mərhələdə təhlükəsiz qalmasını təmin etməkdir: kurs səhifəsinə keçiddən və söhbətlərdəki linkləri yoxlamaqdan tutmuş naməlum mənbələrdən faylları yükləməyə qədər. Kaspersky-nin həlləri süni intellektin təkamülü ilə meydana çıxan təhdidlərdən tutmuş fişinq, zərərli fayllar, məlumat sızması və təhlükəsiz olmayan ödəniş əməliyyatlarına qədər müxtəlif saxta sxemlərə qarşı müdafiə təklif edir. Bizim üçün istifadəçilərin bilik əldə etməyə köklənməsi vacibdir, biz isə onların təhlükəsizliyinin qeydinə qalırıq", - deyə Kaspersky-nin İstehlakçı biznesinin inkişafı üzrə rəhbəri Marina Titova qeyd edir.

"Onlayn təhsil yeni biliklər əldə etmək və peşəkar inkişaf üçün geniş imkanlar açır, eyni zamanda rəqəmsaltəhlükəsizliyə də diqqətli yanaşma tələb edir. İstifadəçilər fişinq linkləri, zahirən olduqca inandırıcı görünən saxta təhsil platformaları və dələduzluq təklifləri ilə qarşılaşa bilərlər. Kurslara pul ödəməzdən əvvəl mənbələri yoxlamaq, şübhəli linklərə klikləməkdən və təsdiqlənməmiş xidmətlərlə şəxsi məlumatları paylaşmaqdan çəkinmək xüsusilə vacibdir. Güclü rəqəmsal qorunma və əsas kibergigiyena təcrübələrinə riayət etmək riskləri azaltmağa kömək edir və tələbələrin ən vacib olan şeyə - bilik əldə köklənməsinə şərait yaradır", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

Riskləri azaltmaq üçün Kaspersky tövsiyə edir:

• hər bir təhsil platforması və ya xidməti üçün mürəkkəb, unikal şifrələrdən istifadə edin. Onları yaratmaq və təhlükəsiz şəkildə saxlamaq üçün ixtisaslaşmış şifrə menecerlərindən, məsələn, Kaspersky PasswordManager-dən- istifadə edə bilərsiniz;

• mümkün olduqda çoxfaktorlu autentifikasiyanıaktivləşdirin. Bu, şifrənin ələ keçməsi halında riskləri azaldacaq;

• Kaspersky Standard kimi etibarlı təhlükəsizlik həlli quraşdırın. Mürəkkəb təhdidlərə qarşı mübarizə üçün bu həllə süni intellektlə əsaslı fırıldaqçılıq əleyhinə qoruma daxildir – fişinqi aşkar etmək üçün maşın öyrənmə əsaslı alqoritmlər və real vaxt rejimində davranış monitorinqindən ibarət texnologiyalar dəsti, həmçinin məlumat sızmalarını və ya şəxsiyyət oğurluğunu yoxlamaq üçün xüsusi imkanlar.

• yalnız etibarlı “Wi-Fi” şəbəkələrinə qoşulun və məxfi məlumatları ötürərkən ictimai giriş nöqtələrindənistifadə etməkdən çəkinin;

• tədris materiallarınızın ehtiyat nüsxələrini şifrələnmişxarici diskdə və ya versiyalaşdırmanı dəstəkləyən bulud xidmətində saxlayın ki, dəyişiklikləri izləmək və zəruri hallarda əvvəlki versiyalara qayıtmaq imkanı əlçatan olsun.

* Sorğu 2026-cı ilin avqust ayında Kaspersky-nin daxili tədqiqat mərkəzi tərəfindən keçirilib. Sorğuda 18 ölkədən 18-65 yaşlı və son 12 ayda onlayn və ya hibrid təhsil proqramlarında iştirak etmiş 1864 respondent iştirak edib.