05 noyabr 2026 14:44
129

Ərdoğan ABŞ-dəki seçkilərin regiona və dünyaya müsbət təsir edəcəyinə ümid edir

Türkiyə Prezidenti Tayyib Ərdoğan ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin respublikanı əhatə edən regiona və dünya siyasətinə müsbət təsir göstərəcəyinə ümid etdiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

"Ümid edirəm ki, seçkilərin nəticələri Amerika xalqına fayda gətirəcək. Həmçinin ümid edirəm ki, bu nəticələr regionumuza və dünya siyasətinə müsbət təsir göstərəcək. Yəqin ki, hələlik hər hansı qəti yekun nəticə çıxarmaq tezdir", — deyə Türkiyə lideri bildirib.

O qeyd edib ki, Türkiyə-ABŞ münasibətləri strateji xarakter daşıyır və möhkəm bünövrəyə malikdir. "Biz uzunmüddətli strateji münasibətlərə malik iki NATO müttəfiqiyik. Regionumuz artıq uzun müddətdir ki, çox təlatümlü bir dövr yaşayır. Ətrafımızda müharibələr, münaqişələr, əfsuslar olsun ki, davam edir. Biz regionumuzda tezliklə sülhün bərqərar olmasını istəyirik. Ən böyük arzumuz seçkilərin nəticələrinin regionumuzda davamlı sülhün və sabitliyin bərqərar olmasına töhfə verməsidir", — deyə Ərdoğan vurğulayıb.