Baş prokuror Kamran Əliyev Abşeron rayon prokurorluğunun inzibati binasında Abşeron və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbulda iştirak edən 35 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
“Mastercard” “TəhsilPlus” proqramı vasitəsilə Azərbaycanda müəllimlərin gündəlik həyatını daha da asanlaşdırır
Onlayn təhsilin görünməyən tərəfi: təhsil alanların təqribən 60%-i kibertəhlükələrlə üzləşib