05 noyabr 2026 18:11
145

İsveç sərhəd nəzarətini daha yarım il müddətinə uzadıb

İsveç hökuməti daxili təhlükəsizlik hədələri səbəbindən Şengen zonası ölkələri ilə öz sərhədlərindəki nəzarət rejimini daha yarım il müddətinə uzatmaq barədə qərar qəbul edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb.

"Bu qərar ictimai və daxili təhlükəsizliyə ciddi hədənin mövcud olduğunu göstərən qiymətləndirmələrə əsaslanır", — deyə idarənin mətbuat relizində bildirilir.

Ədliyyə Nazirliyindən aydınlaşdırıblar ki, hökumətin qiymətləndirmələri ilk növbədə Ukrayna böhranı nəticəsində yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlıdır. Hökumətdən iddia edirlər ki, bu vəziyyət "Şengen zonasında hibrid hədələrə, düşmən subyektlərin hərəkətliliğinə və fəallığına" gətirib çıxarıb. Şengen zonası ölkələri ilə sərhəddə nəzarətin saxlanılması İsveç hakimiyyətinə ölkənin milli təhlükəsizliyi üçün risk yaradan şəxsləri daha səmərəli aşkar etməyə imkan verəcək, deyə nazirlikdə bildiriblər.

İsveç hakimiyyəti sərhəd nəzarətini 10 ildən artıqdır ki, uzadır. Nəzarət rejimi ilk dəfə 12 noyabr 2015-ci ildə, Avropanın miqrant axını ilə üzləşdiyi vaxtda bərpa edilmişdi. Hökumətin yeni sərəncamı 11 may 2027-ci il tarixinədək qüvvədə olacaq.