05 noyabr 2026 16:15
141

Koreya ABŞ ilə münasibətlərdə hər hansı dəyişikliyin olacağını gözləmir

Koreya Respublikasının Baş naziri Xan Son Suk hesab edir ki, ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri Seul və Vaşinqton arasındakı münasibətlərdə hər hansı böyük dəyişikliyə gətirib çıxarmayacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Həm demokratlar, həm də respublikaçılar ölkələrimiz arasındakı hərbi alyansa böyük əhəmiyyət verdikləri üçün hesab edirəm ki, Koreya Respublikası ilə münasibətlərdə heç bir ciddi dəyişiklik olmayacaq", - deyə o, bildirib.

Baş nazir həmçinin Demokratlar Partiyasının üstünlüyünün gözlədiyindən daha çox olduğunu etiraf edib.