Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniyə rayonunda üç ayrı ərazidə silahlı hücum nəticəsində 8 nəfər öldürülüb, bir nəfər ağır yaralanıb.
“İki sahil” xəbər verir ki, Ayazini kəndi ərazisində 3, Kıyır kəndi ərazisində isə 2 nəfərin meyiti aşkarlanıb. Daha sonra başqa bir ərazidə daha 3 nəfərin meyiti tapılıb.
İlkin məlumata görə, qurbanlar ov tüfəngi ilə öldürülüb. Şübhəlinin hadisə yerindən qırmızı rəngli kiçik yük avtomobili ilə qaçdığı və Kütahya istiqamətində hərəkət etdiyi ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılır. Jandarma kəndlərə gedən yolları bağlayıb, şübhəlinin saxlanılması və ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Aİ Avropada təyyarələrin saxta bomba təhlükələri ilə üzləşməsi hallarını araşdırır