Bu ilin oktyabrında Bakının müntəzəm marşrut avtobusları ilə 53 milyon 921 min 482 sərnişin daşınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, cari ilin ilk 9 ayı ərzində isə avtobuslarla daşınan sərnişinlərin sayı 386 milyon 227 min 196 nəfər təşkil edib. Bu, 2025-ci ilin oktyabr ayı ilə müqayisədə 15 %-dən çox, 9 ayı ilə müqayisədə isə 7 % artım deməkdir.