06 noyabr 2026 11:24
223

Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək

Noyabrın 7-də Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Xüsusi Olimpiya proqramı çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Yarış Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq.