06 noyabr 2026 11:42
219

“DH Volley” CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib

 

CEV Çelenc Kubokunda mübarizə aparan qadınlardan ibarət“DH Volley” komandası 1/16 final mərhələsinə vəsiqə qazanıb.

Təmsilçimiz Bakıda təşkil olunan 1/32 final mərhələsinin cavaboyununda Danimarkanın “Holte IF” klubu ilə qarşılaşıb. İlk görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edən “DH Volley” budəfə də qələbə qazanıb. Bu gün FHN-in idman zalında keçirilənqarşılaşma komandamızın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

Beləliklə, iki oyunun nəticəsinə əsasən növbəti mərhələyəyüksələn “DH Volley” 1/16 finalda Polşanın “LKS Commercecon Lodz” klubu ilə qarşılaşacaq.

CEV Çelenc Kuboku qadınlar (1/32 final mərhələsi)

5 noyabr 2026 (cavab oyunu)

1/32 final mərhələsi, cavab oyunu

“DH Volley” – “Holte IF” 3:0 (26:24, 25:21, 25:14)

Ünvan: FHN-nin idman zalı

 

CEV Çelenc Kuboku-qadınlar (1/32 final mərhələsi)

27 oktyabr 2026 (1-ci oyun)

“HOLTE IF” – “DH Volley” 1:3 (14:25, 24:26, 25:22, 22:25)

Ünvan: Danimarka, Holte