06 noyabr 2026 17:16
133

Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb

Hərbi Prokurorluğun rəhbərliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında hərbi xidmətə yeni başlamış gənc əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb.

Bu barədə "Caspianinfo"ya Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi zəfərin əhəmiyyətindən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasında göstərilən qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub.

Tədbir iştirakçıları Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr və şəhid ailələrinə sovqatlar təqdim olunub.