YAP Kürdəmir rayon təşkilatının və Kürdəmir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş “Zəfər yolu-xalqın birliyi, dövlətin qüdrəti” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir rayon İcra Hakimiyyətinin əməkdaşı Xəyyam Səlimov, N saylı hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi mayor Qorxmaz Mehdiyev, şəhid anaları, qazilər, ərazi partiya təşkilat sədrləri və partiya fəalları iştirak edirlər.
Tədbirdə Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.
YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov çıxış edərək “8 Noyabr - Zəfər Günü” münasibətilə hər kəsi təbrik edib möhkəm cansağlığı və uğurlar arzulayıb. Ayaz Cəbrayılov bildirib ki , Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr –Zəfər Günü, dövlətimizin, ordumuzun və xalqımızın birliyininin, gücünün və əzminin təntənəsidir. Bu gün, 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun əldə etdiyi şanlı qələbənin rəmzidir. Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməlləri və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.
Çıxış edən Vətən müharibəsi qazisi Nurlan Osmanov qeyd edib ki, 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlığını, birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tariximizin ən şanlı səhifələrindən birini yazdı.
Tədbirdə çıxış edən N saylı hərbi hissənin ideoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi mayor Qorxmaz Mehdiyev bildirdi ki , 30 ilə yaxın davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası ilə nəticələnən möhtəşəm Zəfər xalqımızın tarixində yeni bir mərhələnin başlanğıcını qoyub. Bu Qələbənin asanlıqla əldə olunmadığı, minlərlə igid Vətən övladının torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə ucaldığı diqqətə çatdırdı.
Tədbirdə çıxış edən şəhid anası Simuzər Bağıyeva, şair Abduləziz Xanəhmədoğlu bildirilib ki, bu gün müstəqil və qalib Azərbaycanın hər bir vətəndaşı şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, onların qəhrəmanlığı ilə qürur duyur.
44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlığını, birliyini və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək tariximizin ən şanlı səhifələrindən birini yazdı.
Bu Zəfər şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgərlərimizin qəhrəmanlığı hesabına qazanıldı. Biz qazilər üçün Vətənə xidmət etmək ən böyük şərəfdir. Şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq, qazanılmış tarixi Zəfəri gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb
“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir