Polşada Krakov şəhərinin mərkəzi meydanında baş verən atışma ilə əlaqədar noyabrın 8-i və 9-u ümummilli matəm günləri elan edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Prezidentinin Administrasiyası "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Krakovda Baş nazir Donald Tuskun rəhbərliyi ilə nazirlərin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə təcili müşavirə keçiriləcək.
Görüşün yerli vaxtla saat 21:45-də (Bakı vaxtı ilə noyabrın 8-də saat 00:45-də) başlanması planlaşdırılır.
Krakovun əsas bazar meydanında atışma yerli vaxtla saat 15:00 radələrində baş verib. Polşa vətəndaşı avtomobildən yoldan keçənlərə atəş açıb. Polis şübhəlini saxlayıb, daha sonra o, xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində 6 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Yaralılardan 12-si ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.