07 noyabr 2026 15:00
124

QADIN VOLEYBOLÇULARININ SUPER LİQASINDA 2026–2027-Cİ İLLƏR MÖVSÜMÜNƏ START VERİLİB

 

Bu gün qadın voleybolçularının Super Liqasında 2026–2027-ci illər mövsümünə start verilib.
Mövsümün ilk oyun günündə iki qarşılaşma keçirilib. Milli Aviasiya Akademiyası VK-nın idman zalında “Milli Aviasiya Akademiyası” komandası  “Gəncə” ilə, GİN-in Voleybol Mərkəzində isə “Azərmaş Abşeron” isə “Naxçıvan” klubu ilə üz-üzə gəlib. Bu oyunlarda “Milli Aviasiya Akademiyası” və “Naxçıvan” komandaları 3:0 hesab ilə qalib gəliblər.
“DH Volley” və “Turan” komandalarının iştirakı ilə keçirilməli olan birinci turun qarşılaşmaları (UNEC - “DH Volley”,  “AZERRAIL” - “Turan”) isə avrokuboklarda iştirak səbəbindən təxirə salınıb. Həmin görüşlərin keçiriləcəyi tarixlər barədə yaxın günlərdə məlumat veriləcək.
Qeyd edək ki, sabah Super Liqanın II turu çərçivəsində “Murov Az Terminal” – UNEC qarşılaşması keçiriləcək. Oyun saat 14:00-da “Murov Az Terminal” VK-nın idman zalında baş tutacaq.
6 noyabr

Super Liqa (Qadınlar)

I tur

“Milli Aviasiya Akademiyası” - “Gəncə” 3:0 (25:22, 25:17, 25:19)

“Azərmaş Abşeron” - “Naxçıvan” 0:3 (20:25, 13:25, 12:25)