8 Noyabr - Zəfər Günündə qəhrəman Vətən övladlarının dəfn edildiyi Şəhidlər xiyabanları da ziyarət olunub.
“İki sahil” xəbər verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhid olmuş döyüşçülərin xatirəsinə sonsuz ehtiramın ifadəsi olaraq Şəhidlər xiyabanını və Hərbi Memorial Məzarlığı ziyarət ediblər.
Qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzülüb, şəhidlərimizin ruhlarına dualar oxunub.
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə ASA və üzv sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri Zəfər Parkını kollektiv ziyarət ediblər