08 noyabr 2026 22:17
137

AAYDA rəhbərliyi və kollektivi Zəfər abidəsini ziyarət edib

8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəhbərliyi və kollektivi Zəfər abidəsini ziyarət edib.

“İki sahil” xəbər verir ki, ziyarət zamanı abidə önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub. Vətənimizin azadlığı uğrunda göstərilən qəhrəmanlıq və fədakarlıq, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər qürur hissi ilə xatırlanıb.