09 noyabr 2026 08:42
102

Rubio: ABŞ İranın nizamlanma ilə bağlı tələblərini qəbuledilməz hesab edir

ABŞ administrasiyası İranın nizamlanma ilə bağlı Birləşmiş Ştatlara ünvanladığı tələblərini qəbuledilməz, bəzi hallarda isə qəzəbləndirici və qeyri-real hesab edir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio G7 ölkələrinin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi Parisə yola düşməzdən əvvəl jurnalistlərlə söhbətində qeyd edib.

Onun sözlərinə görə, danışıqlar ciddi nəticələr vermir.

“Hazırda İranla danışıqlar o qədər də məhsuldar deyil, çünki İranın tələbləri sadəcə qəbuledilməz deyil, bəzi hallarda qəzəbləndirici, absurd və tamamilə qeyri-realdır”, – deyə o bildirib.