Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən dəmir-polad zavodundakı partlayış nəticəsində ölən və yaralananların sayı artıb.
“İki sahil” xəbər verir ki, "TRT Haber"in məlumatına görə, partlayış qurbanlarının sayı 10 nəfərə çatıb, 15 nəfər yaralanıb.
***
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda dəmir-polad zavodunda baş vermiş partlayış nəticəsində altı nəfər həlak olub, 13 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, NTV-nin məlumatına görə, yaralılardan üçünün vəziyyəti ağırdır.
Hazırda dağıntılar altında qalan səkkiz işçinin axtarış-xilasetmə işləri davam etdirilir.
***
Türkiyənin İzmir şəhərinin Aliağa rayonunda yerləşən "HABAŞ" dəmir-polad zavodunda partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Partlayışdan sonra zavodun ərazisində yanğın başlayıb və ərazidən güclü tüstü yüksəlib. Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
TRT müxbirinin məlumatına görə, partlayış karbon qazının doldurulması məntəqəsində baş verib və zavoda ciddi ziyan dəyib. Hadisə nəticəsində ölən və yaralanan işçilərin olduğu bildirilir.
Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisənin səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib