Serbiya Milli Assambleyasının noyabrın 17-də yenilənmiş tərkibinin təsis toplantısında yeni parlament çoxluğunu gözləyən əsas ciddi sınaq müxalifət qüvvələri ilə siyasi dialoqun başladılması məsələsi olacaq.
“İki sahil” xəbər verir ki, bunu Serbiya parlamentinin sədr müavini Marina Raguş "Tanjug" agentliyinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, seçkilərdə qələbə qazananlar müxalifətlə danışıqlara hələ seçki gecəsindən etibarən start verməli idilər:
"Həmin gecə Serbiya Tərəqqi Partiyası (SNS) öz uğursuzluğunu, "Tələbə Siyahısı" isə qələbəsini elan etmişdi. "Tələbə Siyahısı" mütləq çoxluğa nail olub və demokratik parlament ənənələrinə uyğun olaraq, bu cür böyük üstünlüklə qalib gəlmiş siyasi qüvvə birinci addımı ataraq hakimiyyətin dinc, demokratik və mədəni yolla ötürülməsi prosesini başlatmalıdır. Bu, indiyə qədər reallaşmayıb. Ümidvaram ki, vəziyyət dəyişəcək. Əks təqdirdə, narahatam ki, bu seçkilərin nəticəsi Pirr qələbəsinə çevriləcək".